“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz prezidentliyə namizədliyini irəli sürüb.
Bunu o, jurnalistlərə açıqlamasında deyib.
Y.Oğuz öz təşəbbüsü ilə namizəd olduğunu bildirib.
Qeyd edək ki, Y.Oğuz 1960-cı ildə anadan olub. O, 2023-cü ildə fəaliyyətini dayandıran Milli Vəhdət Partiyası sədri olub.
Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək. İndiyədək 9 nəfər namizədliyini irəli sürüb.