Türkiyəli qonaqlar “Naxçıvan” Universitetində olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Türkiyə Respublikasının Ərzurum Vilayətinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində  “Naxçıvan” Universitetində də olublar.

Qonaqları ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev salamlayaraq universitet haqqında geniş məlumat verib. Qeyd olunub ki, 1000 nəfərə yaxın tələbəsi olan ali təhsil ocağında 81 müəllim çalışır. Universitet dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Üç beynəlxalq təhsil təşkilatının üzvüdür. Rektor onu da diqqətə çatdırıb ki, universitet Avropa İttifaqının maliyələşdirdiyi bir sıra beynəlxalq layihələrdə partnyor universitet kimi iştirak edir.  Erasmus və Tempus xətti ilə bir neçə layihələri icra edib.   

Ərzurum Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı “Naxçıvan” Universieti ilə Ərzurum universiteti arasında 2014-cü ildən Mövlana mübadiləsinin bağılanıldığını və ikili əməkdaşlıq müqaviləsinin imzalandığını diqqətə çatdırıb. Qonaq hər iki univerisitet arasında qarşılıqlı tələbə mübadiləsinin və geniş əməkdaşlığın qurulmasına hazır olduğunu da bildirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra qonaqlar universitetə xatirə hədiyyələri  təqdim ediblər.

  Sonda qonaqlar “Naxçıvan” Universitetinin maddi texniki bazası ilə tanış olub, xatirə şəkli çəkdiriblər.

                                                   Vüsal Muradov       

     

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: