Milli Məclisdə Qərbi azərbaycanlıların deportasiyası ilə bağlı sərgi nümayiş olunur - FOTOLAR

A- A A+

Dekabrın 26-da Milli Məclisin foyesində “Qayıtmaq haqqımızdır. Azərbaycanlıların deportasiyası foto və sənədlərin dili ilə” mövzusunda sərgi təşkil olunub.

NUHÇIXAN xəbər verir ki, sərgidə Qərbi azərbaycanlıların tarixin müxtəlif dönəmlərində mərhələlərlə aparılan deportasiya prosesini özündə əks etdirən 30-dan çox foto və sənədlər nümayiş etdirilir.

Qeyd edək ki, Qərbi Azərbaycan indiki Ermənistanın ərazisində tarixən azərbaycanlılarının sıx şəkildə yaşadığı coğrafi məkan olub. Qərbi azərbaycanlılar dəfələrlə öz doğma yurdlarından sürgün edilib, amansızlıqla qətlə yetiriliblər. XVIII əsrdən başlanan deportasiya üç (I-1905–1920, II-1948–1953, III- 1988–1992) mərhələni əhatə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: