Azərbaycanda utilizasiya ilə bağlı sənədlərin formaları təsdiqlənib

A- A A+

Nazirlər Kabineti nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizənin, nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın və utilizasiyaya verilmə barədə təsdiqedici sənədin formalarının təsdiq edilməsi haqqında qərar qəbul edib.

NUHÇIXAN xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, “Nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizənin forması”, “Nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın forması” və “Nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənədin forması” təsdiq olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: