Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib
NUHÇIXAN xəbər verir ki, məhkəməyə Tofiq Həsənov video-konfrans vasitəsilə qatılıb.Naxçıvan Ağır Cinayətlər Məhkəməsində məhkəmə hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilib.
Məhkəmədə şahidlər dindirilib. Onlar işə düzəlmək üçün Pentensiar Xidmətə pul verdiklərini bildiriblər.
Məhkəmə 12 yanvar 2024-cü il saat 12:00-dək təxirə salınıb.
Qeyd edək ki, Tofiq Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Eks-xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.
*****
10:18
Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb.
NUHÇIXAN xəbər verir ki, məhkəməyə Tofiq Həsənov video-konfrans vasitəsilə qatılıb.
Qeyd edək ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində məhkəmə hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilir.
Məhkəmədə şahidlər dindirilir.