Şəkəri azalt, həyatını uzat!

A- A A+

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hər kəsə əlavə şəkər qəbulunu azaltmaq tövsiyə olunur.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, araşdırmalara əsasən, qeyri-infeksion xəstəliklər yer kürəsində hər il 41 milyon insanın ölümünə səbəb olur. Bu isə ümumi ölüm sayının 74 faizini təşkil edir. Müvafiq göstəricinin 17,9 milyonu ürək-damar xəstəliklərinin, 2 milyonu isə diabet xəstəliyinin payına düşür. Şəkərin normadan artıq istehlak olunması həmin xəstəliklərin əmələ gəlməsinə təsir göstərir.

Şəkərin normadan artıq istehlak edilməsi piylənmənin və diş çürüməsinin yaranmasında əsas risk faktoru hesab olunur.

Həmin risklər nəzərə alınaraq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən böyüklər və uşaqlar üçün gündəlik əlavə şəkər qəbulunun təxminən 25 qrama (6 çay qaşığı) qədər azaldılması tövsiyə edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: