Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini 20 min 300-dən çox insan ziyarət edib - VİDEO

A- A A+

Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi ulu öndər Heydər Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır. Ötən il ulu öndərimizin 100 illik yubileyi muxtar respublikada geniş qeyd edildi, dahi rəhbərin zəngin siyasi və dövlətçilik irsi geniş tədqiq və təbliğ edildi. “Heydər Əliyev İli”ndə ən çox ziyarət olunan ünvan isə, şübhəsiz, Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyi olub.

Hələ sağlığında canlı əfsanəyə çevrilən, öz xalqının tarixi taleyində müstəsna rol oynayan dahi rəhbər Heydər Əliyevin irsi, onun idarəçilik məktəbi bu gün də öyrənilir, zəngin təcrübəsindən hamı bəhrələnir. Bu istiqamətdə Naxçıvanda mühüm rol oynayan Heydər Əliyev Muzeyini “Heydər Əliyev İli” çərçivəsində 20 min 300-dən çox insan ziyarət edib.

NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının hazırladıqları videomaterialı təqdim edir:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: