Muxtar respublikada əhalinin içməli su təminatı yaxşılaşdırılır - VİDEO

A- A A+

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin kollektivi 2023-cü ildə bu cür yaşayış məntəqələrində su təminatının yaxşılaşdırılması istiqamətində səylə çalışıblar. Belə ki, ötən il muxtar respublikada içməli və suvarma su təminatının yaxşılaşdırılması məqsədilə yeni subartezian quyuları qazılıb, mövcud hidrotexniki qurğularda təmir işləri aparılıb.

Belə ki, Babək rayonunun Cəhri qəsəbəsi, Gülşənabad və Sirab kəndlərində, Culfa rayonunun Bənəniyar kəndində yeni subartezian quyuları qazılıb, Babək rayonunun Nehrəm qəsəbəsində, Ordubad rayonunun Dəstə kəndində su şəbəkələrinin yenidən qurulması işləri aparılıb. Onu da qeyd edək ki, Babək rayonunun Güznüt və Çeşməbasar kəndlərində suaparıcı boru xəttinin tikintisi başa çatıb, hazırda məhəllələrə xəttin çəkilməsi işləri aparılır.

NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının hazırladıqları videomaterialı təqdim edir:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: