Naxçıvan 2023-cü ili uğurlarla başa vurdu - VİDEO

A- A A+

Bu il 100 illiyini ölkə səviyyəsində qeyd edəcəyimiz Naxçıvan Muxtar Respublikası 2023-cü ili uğurlarla başa vurdu. Ötən il aparılan islahatlara, həyata keçirilən tədbirlərə və əldə olunan nailiyyətlərə nəzər saldıqda Naxçıvanın inkişafının ən yeni və dinamik mərhələsini yaşadığının şahidi oluruq.

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla 2022-ci ildə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi yaradıldı və əsasnaməsi təsdiq edildi. Bu proses Naxçıvanda idarəetmə üsulunun səmərəliliyinin artırılmasına, region iqtisadiyyatının daha da inkişafına, islahatların sürətlə və uğurla həyata keçirilməsinə vəsilə olub, diyarımızın ölkəmizin davamlı inkişaf proseslərindən kənarda qalmamasına rəvac verib. Ən əsası Azad İqtisadi Zonaya çevrilməsi nəzərdə tutulan Naxçıvana yerli və xarici investorların cəlb edilməsi prosesini aktivləşdirib.

Bütün bunların nəticəsidir ki, bu ilin 11 ayında Naxçıvan Muxtar Respublikasında vergi daxilolmaları 150 milyon manatdan artıq olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz çoxdur. Yaradılan münbit şərait Naxçıvanda azad sahibkarlığı inkişaf etdirir. Yeni sahibkarların fəaliyyətə başlaması ilə yanaşı, əvvəlki illərdə haqsız yerə sahibkarlıq fəaliyyətinə son qoyulan vətəndaşların da mülkiyyət hüququ bərpa olunur.

NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: