Naxçıvanda daha bir məktəb yenidən qurulur

A- A A+

Ötən dövr ərzində muxtar respublikamızda 200-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir olunub. NUHÇIXAN xəbər verir ki, hazırda Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbin binası yenidən qurulur.

Məktəbdə əlavə 2 korpus tikilir. Burada 58 sinif otağı, 2 elektron lövhəli sinif, müxtəlif laboratoriyalar, 3 kompüter otağı, idman zalı, kitabxana, hərbi kabinə və digər otaqlar yaradılır.

Hazırda məktəbdə 900 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 86 müəllim məşğul olur. Perspektiv nəzərə alınaraq məktəb 1148 şagird yerlik tikilir.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: