2040-cı ilə qədər Abşeron yarımadasının su qıtlığı riski daha da artacaq

A- A A+

“İqlim dəyişikliyinin qlobal təsirləri fonunda Azərbaycanın da təsirə məruz qalacağı qaçılmazdır”.

NUHÇIXAN-ın məlumatına görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd olunub ki, proqnozlara görə 2040-cı ilə qədər illik istiliyin 1.5oC, 2100-cü ilədək isə 4 oC yüksələcəyi gözlənilir:

“2040-cı ilə qədər illik yağıntı miqdarının 5%-ə qədər azalacağı, 2100-cü ilə qədər isə 10%-ə qədər artacağı proqnozlaşdırılır. Abşeron yarımadasını içməli və suvarma suyu ilə təmin edən Azərbaycanın dağlıq bölgəsində yağıntı miqdarının daha ciddi dərəcədə azalması gözlənilir (20%-ə qədər azalma) ki, bu da gələcək su qıtlığı riskini daha da artırır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: