Naxçıvanda seçki hüquqlarının pozulmasına dair mübahisələrin məhkəmə qaydasında həlli mövzusunda seminar-müşavirə keçirilib - YENİLƏNİB - VİDEO
NUHÇIXAN xəbər verir ki, Naxçıvanda seçki hüquqlarının pozulmasına dair mübahisələrin məhkəmə qaydasında həlli mövzusunda seminar-müşavirə keçirilib.
Naxçıvan Regional Asan Xidmət Mərkəzində keçirilən seminar-müşavirə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi ilə birgə layihəsi əsasında təşkil olunub. Seminarda region üzrə dairə seçki komissiyalarının sədrləri iştirak edib.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov bildirib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən regionlarda və Naxçıvanda keçirilən bu maarifləndirmə tədbirləri seçkilərdə öz müsbət təsirini göstərəcək.
Seminarda Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi Əli Allahverdiyev, Mərkəzi Seçki Komisiyası Katibliyinin Hüquq Şöbəsinin müdiri Rafiq Abbasov, Ali Məhkəmənin hakimi Səxavət Bəylərli çıxış ediblər.
Qeyd edək ki, seminarda Azərbaycan Respublikası Prezident seçkilərində seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi, təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat təqdimatı olub.