Naxçıvan şəhərində Ailə Sağlamlıq Mərkəzi inşa ediləcək - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, 2024-cü il ərzində Naxçıvan şəhərində Ailə Sağlamlıq Mərkəzi tikiləcək. Bununla bağlı tender proseduru artıq yekunlaşıb, müvafiq miqdarda maliyyə vəsaitləri ayrılıb.
Həmçinin Naxçıvan şəhərində 1000 şagird yerlik yeni məktəb binası, o cümlədən, yeni internat tipli məktəb binası da inşa olunacaq.
Bu layihələr “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək.