Audiovizual Şura: “Teleradio kanallarında təşviqatla bağlı Seçki Məcəlləsinin tələblərinə əməl olunmasını nəzarətdə saxlayırıq”

A- A A+

Audiovizual Şura televiziya və radio kanallarında seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin bütün tələblərinə əməl olunmasını daim nəzarətdə saxlayır.

NUHÇIXAN-ın məlumatına görə, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxış edərkən deyib.

O xatırladıb ki, audiovizual media sahəsində tənzimləməni həyata keçirən dövlət orqanı olaraq seçkiqabağı təşviqat dövründə də monitorinqlər həyata keçirir.

İ.Səttarov qeyd edib ki, televiziya və radio kanallarında seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin bütün tələblərinə əməl olunmasını da Şura daim nəzarətdə saxlayır: “Məcəllə ilə müəyyənləşdirilmiş seçkiqabağı təşviqatın aparılması qaydalarının pozulması halında, MSK-nın müəyyən etdiyi qaydada jurnalistlərdən ibarət yaradılmış mətbuat (media) qrupunun təşəbbüsü ilə MSK qanunsuz təşviqat fəaliyyətinin qarşısının alınması və audiovizual yayımçıların, onların vəzifəli şəxslərinin qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyətə cəlb edilməsi barədə təqdimatla hüquq mühafizə orqanlarına, məhkəməyə və Audiovizual Şuraya müraciət etmək hüququna malikdir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: