Xəbərdarlıq: Havanın temperaturu 5-8° enəcək, sulu qar, qar yağacaq

A- A A+

Yanvarın 13-ü səhərdən 14-ü axşamadək Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Bu barədə NUHÇIXAN-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, şimal-qərb küləyinin əsəcəyi, sürətinin yanvarın 13-ü səhərdən 14-dək saniyədə 15-20, arabir 23-25 metr olacağı, yanvarın 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30 metrədək güclənəcəyi proqnozlaşdırılır.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək, yanvarın 14-15-i gecə saatlarında 0-3° şaxta, gündüz 0-3° isti olacaq.

Yanvarın 12-si əsasən qərb rayonlarında, 12-si axşamdan 15-dək isə bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə - Naxçıvan Muxtar Respublikası, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi aran, Lənkəran-Astarada yağıntıların intensiv olacağı ehtimal edilir.

Qərb küləyi əsəcək, sürəti 15-20 metr/saniyə olacaq, yanvarın 13-14-də bəzi yerlərdə arabir 23-25 metr/saniyəyədək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək. Yanvarın 14-15-də Aran rayonlarında gecə 3-8° şaxta, gündüz 0-4° isti, dağlarda gecə 10-15°, gündüz 2-7° şaxta olacağı bildirilir.

Yanvarın 14-15-də gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: