Miqrasiya xidmətinin gənc əməkdaşları and içdi

A- A A+

Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə  qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların  andiçmə mərasimi keçirilib.

NUHÇIXAN xəbər verir ki, gənc əməkdaşlar  miqrasiya orqanlarında qulluq keçərkən Azərbaycan Respublikasına sadiq olacaqlarına, Konstitusiyamıza və digər qanunlara  ciddi əməl edəcəklərinə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşacaqlarına, qarşıya qoyulan vəzifələri  vicdanla, qərəzsiz yerinə yetirəcəklərinə,  intizamlı olacaqlarına, dövlət sirrini  və xidməti sirri qoruyacaqlarına and içiblər.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev xidmətə yeni başlayan əməkdaşları təbrik edib, onlara uğurlar arzulayıb.

Sonda xidmətin gənc əməkdaşları Dövlət Bayrağı Muzeyindəki  eksponatlarla tanış olublar.

Mətin  Abbaslı

NTV xəbər

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: