Şahbuzda monitorinq aparılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən monitorinqlər davam etdirilir. NUHÇIXAN xəbər verir ki, növbəti monitorinq Şahbuz rayonu ərazisində aparılıb.
Monitorinqlər zamanı Şahbuz Rayon Mərkəzi Xəstəxanasında tibbi tullantıların idarə olunması, ekoloji və sanitar qaydaların vəziyəti araşdırılıb. Xəstəxananın ətrafında məişət tullantıları atıldığı, tullantıların vaxtında yığışdırlmadığı aşkarlanıb. Monitorinqlər Naxçıvançayın rayon ərazisindən keçən hissəsində və Şahbuz şəhər su təmizləyici qurğular kompleksində aparılıb. Naxçıvançaydan və kompleksin giriş, çıxışından nümunələr götürülərək səyyari analizlər aparılıb.
Rayon ərazisindəki bərk məişət tullantıları poliqonunda da monitorinqlər aparılıb. Tullantıların ərazidə vaxtında basdırılması haqqında aidiyyəti təşkilatlara məsləhətlər verilib.
Monitorinqlər rayonun digər kəndlərində də aparılıb.
Novruz Məmmədov