Sumqayıtda yataqxanadakı partlayışla bağlı şəhər prokurorluğunda araşdırma aparılır

A- A A+

Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında baş vermiş partlayışla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə NUHÇIXAN-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Hadisə nəticəsində 2-si azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxşdir.

İlkin ehtimala əsasən hadisə qazsızma nəticəsində baş verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: