Süni intellektin inkişafı və iş dünyasında insan əməyinin gələcəyi

A- A A+

İnsanın "ağıllı köməkçilər"i olan chatbotlar həyatı daha da asanlaşdırır. Artıq həyatımızın bizi əhatə edən demək olar ki, bütün sahələrində süni intellektin tətbiqini görürük. Haqqında tez-tez optimist və pessimist fikirlər səslənsə də, süni intellekt texnologiyanın inkişafında əhəmiyyətli rol oynayır.

Süni intellekt insan zəkasını təqlid etməklə özünü yeniləməyi və təkmilləşdirməyi də bacarır. Bu texnologiya əvvəllər insanların işini asanlaşdırsa da, artıq bir çox sahədə insanları əvəz edir. Bir sözlə, süni intellekt texnologiyası hər şeyə qadir olmasa da, çox şeyin öhdəsindən gələ bilir.

Süni intellektin son inkişafı, müxtəlif sahələrdə iş təcrübəsini dəyişdirməkdə və hətta bəzi peşələrə olan ehtiyacı azaltmaqda müstəqil bir rola sahib olmaqda sərbəstdir. İndiki vəziyyətə baxanda, hansı peşələrdə insan əməyinə olan ehtiyacın azalacağına dair bir neçə aydın nişanələr var.

Süni intellektin əsas götürüldüyü sahələrdən biri müraciət məlumatlarının təhlilindədir. Müstəqil alqoritmlər və maşın öyrənmə texnologiyaları tətbiq edildikcə, məlumatları təhliletmə və qiymətləndirmə proseslərində insan əməyinə olan tələbat azalır. Bu, müraciət məlumatları təhlilçiləri, statistikaçılar üçün iş imkanlarının azalması deməkdir.

Daha bir sahə, müxtəlif növ istehsal prosesləridir. Texnoloji avtomatlaşdırma və robotların sahəyə girişi, insan işçilərinin tələbatını azaldır. Asan təkrarlanan və təyinatlanmış işlər artıq maşınlar və robotlar tərəfindən daha effektiv şəkildə yerinə yetirilir. Süni intellekt texnologiyası bu gün iş dünyasında başverən rəqəmsal çevrilmənin əsas parçalarından biridir ki, şirkətlər toplanan və ya yaradılan məlumatlara  görə külli miqdarda pul ödəmək üçün sıraya düzülüblər.

Beyninizdə sual yarana bilər ki, dijital transformasiya və yaxud rəqəmsal çevrilmə nə deməkdir. Rəqəmsal çevrilmə daim dəyişən biznes, bazar, istehlakçı tələblərinə cavab verə bilmək üçün rəqəmsal texnologiyalardan istifadə etmədir. Rəqəmsal çevrilmə çox böyük gəlirgətirmə potensialı olduğu üçün sahibkarlar lazımi məlumatlara pul ödəməkdən çəkinmirlər.

Bu dəyişikliklər nəticəsində, gələcəkdə bir sıra peşələr mövcudluğunu itirəcək və yeni, texnologiyaya fokuslanmış peşə və ixtisas sahələri əmələ gələcək. Bütün bu dəyişikliklərə təhsil sisteminin də inteqrasiya olunması gözlənilir. Gələcəkdə, tələbələr daha çox texnologiya və proqramlaşdırma bacarığını öyrənmək üçün təşviq olunacaqlar. Bir sözlə, gənclərin texnologiya ilə daha sıx əlaqəli peşələrə marağı artdıqca, biz gələcək illərdə insan əməyi ilə süni intellektin vəhdətinin şahidi olacağıq.

 

Yunis Allahverdiyev

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: