Keyfiyyət bizim zəmanətimizdir

A- A A+

Çörək, təkcə bir qida məhsulu deyil, həm də bərəkət və rifah rəmzidir. Çörək yaradanla insan arasındaki mənəvi əlaqəni gücləndirən, insanlara lütfü simvolizə edən əvəzsiz nemətdir. Bu əvəzsiz nemət insanları bir araya gətirməklə yanaşı, həm də böyük bağlar yaradır. Onun olduğu yerdə hörmət, səxavət, şəfqət, qonaqpərvərlik kimi nəcib insani xüsusiyyətlər dayanır.

Çörək əsasən taxıl məhsullarından, buğda, arpa, çəltik, qarğıdalı kimi dənli bitkilərin üyüdülüb, yoğrulub, sobada bişirilməsindən sonra alınır. Çörək bişirmək üçün isə un, su, duz, maya və soba lazımdır. Mağazadan aldığımız çörəklər ləzzətli, qabığı xırtıldayan, ətirli və elastik şəkildə olurlar. Bir gerçək var ki, çörəklərin belə dadlı və iştah açan olmasında sirr təkcə inqrediyentlərin düzgün seçilmiş nisbətlərində, onların keyfiyyətində deyil, həm də xüsusi bişirmə texnologiyasında gizlənir.

“APF Şirkətlər Qrupu” Naxçıvan MR-da yeni fəaliyyətə başlamasına baxmayaraq bir çox uğurlu layihələrə imza atıb. Hazırda qida sektorunda “APF Qida Məhsullari” MMC adı ilə təqdim olunur. Müəssisədə fəaliyyət göstərən müxtəlif istehsal sahələrinin arasında ən böyüyü gündəlik çörək təlabatının ödənilməsi üçün fəaliyyət göstərən zavoddur. Muxtar respublika sakinlərinin çörəyə olan tələbatının 80%-i bu müəssisə tərəfindən ödənilir. Qeyd edək ki, zavodda sutka ərzində 45 min, bəzi hallarda isə bundan da artıq çörək bişirilir və bu çörəklər “Bərəkət’’ brendi adı altında satışa çıxarılır.

Zavodda 5 növ undan hazırlanan 13 çeşid çörək (milli çörək, buxanka, baton, papatya, qarğıdalı çörəyi, kəpəkli çörək, boradin, pidə çörəyi, ağ baton, lavaş, qarışıq taxıllı çörək, hamburger çörəyi, dönər çörəyi) bişirilir. Bu prosesdə Türkiyədən idxal olunmuş 2 xüsusi, eləcə də 5 fərqli növ çörək istehsal sobasından istifadə olunur. Xəmir ənənəvi olaraq turş xəmirdən istifadə edərək yoğurulur və bişmək üçün sobaya qoymazdan əvvəl bir neçə saat xəmir yaxşı mayalansın deyə xüsusi şəraitdə saxlanılır. Yoğurmağa başlayandan hazır çörəklərin buraxılmasına 12 saat vaxt sərf olunur. Yüksək keyfiyyətli məhsulun əldə edilməsi üçün “Çörək Zavodu”nda istehsal prosesinin bütün texnologiyasına ciddi nəzarət edilir. Məhsullarımız münasib qiymətə və ən son çörək bişirmə texnologiyalarından istifadəyə görə çörək bazarında böyük istehlakçı tələbatına sahibdir. Həmçinin texnoloji prosesin səmərəliliyinə, bişmiş məhsulların yüksək keyfiyyətinə və standartlara uyğun çəkisinə qədər bütün proseslərə xüsusi diqqət yetirilir.

Özünəməxsusluğu ilə seçilən Naxçıvan çörəyinin əldə edilməsində təbii ki, aparıcı rol zavod kollektivinin üzərinə düşür. Burada ancaq öz işini səmimi qəlbdən sevən, məşğul olduğu işinə ruhunun bir parçası kimi baxan əsl peşəkar insanlar, öz işinin ustaları çalışırlar. Bizim süfrələrimizin olmazsa olmazı olan çörək dinamik, texnoloji və mexaniki iş proseduru, insan əməyi və insan sevgisiylə hazırlanaraq əhaliyə çatdırılır.

Adilə Quliyeva

APF Şirkətlər Qrupu İƏŞ-nin rəhbəri

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: