Prezident İlham Əliyev Apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərini və məhkəmə kollegiyaları sədrlərini təyin edib
Prezident İlham Əliyev Apellyasiya instansiyası məhkəmələri sədrlərinin müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:
"Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin məhkəmə kollegiyalarının sədrləri təyin edilsinlər: Allahverdiyev Əli Kərim oğlu - Mülki Kollegiyanın sədri Qurbanov Yusifəli Süleyman oğlu - İnzibati-İqtisadi Kollegiyanın sədri Mirzəyev İlqar Məhərrəm oğlu - Cinayət Kollegiyasının sədri Quliyev Vüqar Kərim oğlu - Hərbi Kollegiyanın sədri 2. Aşağıdakı şəxslər apellyasiya məhkəmələri sədrlərinin müavinləri və məhkəmə kollegiyalarının sədrləri təyin edilsinlər: Bakı Apellyasiya Məhkəməsi üzrə: Abiyeva Kəmalə Nəbi qızı - sədrin müavini Məmmədov Məmməd Allahverdi oğlu - Mülki Kollegiyanın sədri Məmmədov Vidadi Məmməd oğlu - İnzibati-İqtisadi Kollegiyanın sədri Səfərov Rizvan Kamal oğlu - Cinayət Kollegiyasının sədri Qasımov Faiq Adil oğlu - Hərbi Kollegiyanın sədri Gəncə Apellyasiya Məhkəməsi üzrə: Quliyev Nuru Nadir oğlu - sədrin müavini Muradov Rəhman Şaban oğlu - Mülki Kollegiyanın sədri Mamedov Rəşad Ziyaviddin oğlu - İnzibati-İqtisadi Kollegiyanın sədri Muxtarov Teyyub Asif oğlu - Cinayət Kollegiyasının sədri Hüseynov Salman Bilal oğlu - Hərbi Kollegiyanın sədri Sumqayıt Apellyasiya Məhkəməsi üzrə: Mövsümov Nazim Rasim oğlu - sədrin müavini Abbasov Aqil Əzizağa oğlu - Mülki Kollegiyanın sədri Nəsibov Nazim Məcid oğlu - İnzibati-İqtisadi Kollegiyanın sədri Cəfərov Vidadi Cəfər oğlu - Cinayət Kollegiyasının sədri Zeynallı Fərmayıl Gülmalı oğlu - Hərbi Kollegiyanın sədri Şirvan Apellyasiya Məhkəməsi üzrə: Novruzov Ələsgər Əli İskəndər oğlu - sədrin müavini Babayev Zəki Baba oğlu - Mülki Kollegiyanın sədri Həsənov Müşfiq Kamil oğlu - İnzibati-İqtisadi Kollegiyanın sədri Camalov Etibar Əli oğlu - Cinayət Kollegiyasının sədri Cəfərov Rafiq Musa oğlu - Hərbi Kollegiyanın sədri Şəki Apellyasiya Məhkəməsi üzrə: Hüseynov Mirbahəddin Mirdamət oğlu - sədrin müavini Məcidov Ələddin Tofiq oğlu - Mülki Kollegiyanın sədri Abbasov Gündüz Qasım oğlu - İnzibati-İqtisadi Kollegiyanın sədri Eyvazov Akif Məhərləm oğlu - Cinayət Kollegiyasının sədri Hüseynov Elçin Şirin oğlu - Hərbi Kollegiyanın sədri 3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".