Naxçıvanda hərbi qulluqçular seçki hüququ ilə bağlı maarifləndirilib

A- A A+

Yanvarın 17-də Müvəkkil və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirlərdə Müvəkkil aparatının əməkdaşları Həsən Həsənov, Sadiq Babayev, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Elşən Orucov və müvafiq zastavaların şəxsi heyəti iştirak edib.

Tədbirləri giriş sözü ilə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Elşən Orucov açaraq qeyd edib ki, tədirlər planına uyğun olaraq sərhəd zastavalarında bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilib və bu gün keçirilən tədbir hərbi qulluqçuların seçki hüququ ilə bağlı maarifləndirilməsində xüsusi əhəmiyyətə malikdir.

Sonra Müvəkkil aparatının əməkdaşı Həsən Həsənov seçki hüququ və bu hüququn pozulmasına görə məsuliyyət barədə geniş məlumat verib.

Sonda iştirakçıları maraqlandıran suallar Müvəkkil aparatının əməkdaşları tərəfindən cavablandırılıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: