Şərurda məntəqə seçki komissiyalarının üzvləri treninqlərə cəlb olunub. - FOTOLAR

A- A A+

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə start verilib. NUHÇIXAN xəbər verir ki, növbəti təlim Şərur rayonunda təşkil olunub.

Şərur rayonunda 1 saylı Şərur-Sədərək seçki dairəsi üzrə məntəqə seçki komissiyalarının üzvləri treninqlərə cəlb olunub. Treninq Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən hazırlanan cədvələ əsasən, təxminən 40 nəfərədək seçki komissiyası üzvünün iştirakı ilə qrup şəklində keçirilib. Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunub.

Bildirilib ki, “Trenerlər üçün treninq”lərə ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyasının hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 250 yerli trener cəlb olunur. Onlar seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları barədə aydın və müfəssəl məlumat əldə edirlər.

Prezident seçkilərinin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsində müstəsna rolu olan treninq layihəsi, ümumilikdə, 38 minə yaxın aşağı seçki komissiyası üzvünü əhatə edir.

Qeyd edək ki, treninqlər seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq 3-10 gün ərzində keçiriləcək.

Şərurda məntəqə seçki komissiyalarının üzvləri treninqlərə cəlb olunub.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: