AHİK sədri Səttar Möhbalıyev Kəngərli rayon ictimaiyyət nümayəndələri ilə görüşüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, yanvarın 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Millət Vəkili Səttar Möhbalıyev Kəngərli rayon ictimaiyyət nümayəndələri ilə görüşüb.
Əvvəlcə AHİK sədri Səttar Möhbalıyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov xalqımızın ümummilli lideri Heydər Əliyevin Kəngərli rayonunun mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev Kəngərli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib.
Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov da iştirak ediblər.