Ötən il Naxçıvanda 122 odlu silah və 3000-ə yaxın döyüş sursatı aşkarlanıb

A- A A+

Ötən il Naxçıvanda 122 odlu silah və 3000-ə yaxın döyüş sursatı aşkarlanıb.

Naxçıvan MR DİN-in Mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 2023-cü il ərzində Naxçıvan polisi tərəfindən həyata keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində ümumilikdə 122 odlu silah və 3000-ə yaxın döyüş sursatı götürülmüşdür.

Bununla belə daxil olan məlumatlar göstərir ki, ayrı-ayrı şəxslərin müxtəlif yollarla əldə etdiyi odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələrin və qurğuların əldə edilməsi, hazırlanması, daşınması, başqasına verilməsi və satışı kimi cinayət məsuliyyəti yaradan hallar mövcuddur.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qanunsuz saxlanılan odlu silahları təhvil verməklə bağlı çağırışını bir daha vətəndaşların nəzərinə çatdırır, odlu silahların ağır nəticələrə səbəb ola bilən hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilməməsi üçün onları könüllü təhvil verməyi tövsiyə edirik.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: