İbrahim Səfiyevin 120 illiyi qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində görkəmli Azərbaycan rəssamı İbrahim Səfiyevin anadan olmasının  120 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib.__Tədbirdə  AMEA Naxçıvan Bölməsinin sədri, akademik  İsmayıl Hacıyev açaraq rəssamın irsinin öyrənilməsinə göstərilən dövlət qayğısından bəhs edib. Vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncam İbrahim Səfiyevin həyat və yaradıcılığının daha geniş tədqiq olunmasına xidmət etməklə bərabər, görkəmli rəssamın irsinə göstərilən diqqətin, sənətə verilən yüksək dəyərin ifadəsidir. 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva “İbrahim Səfiyevin həyat və yaradıcılığı” ,   Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova “Görkəmli rəssam İbrahim Səfiyevin yaradıcılığında janr müxtəlifliyi” mövzusunda çıxış ediblər. 

Tədbirdə digər çıxış edənlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə görkəmli rəssam İbrahim Səfiyevin irsinə göstərdiyi yüksək diqqət və qayğıya görə muxtar respublika rəssamları və ziyalıları adından minnətdarlıq ediblər. 

 Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: