Növbəti kənd təsərrüfatı yarmarkası təşkil olunub   - FOTOLAR

A- A A+
 

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki mərkəzi bazarda növbəti kənd təsərrüfatı və ərzaq məhsullarının satışı yarmarkası təşkil edilib. Yarmarkaya  Naxçıvan şəhərinin kəndlərindən və muxtar respublikamızın rayonlarından 50 adda yerli kənd təsərrüfatı məhsulları çıxarılıb. Rayonlarda fəaliyyət göstərən ailə təsərrüfatlarında hazırlanan ekoloji cəhətdən sağlam məhsullar alıcıları daha çox cəlb edib.  

Mövsümə uyğun istixanalarda yetişdirilən tərəvəz məhsullarına da tələbat yüksək olub. Alıcılara  Şərur rayonundan gətirilən kartof, soğan, Babək rayonunun ağartı məhsulları, Ordubad meyvələri, Kəngərlinin və Şahbuzun dərman bitkiləri, Culfanın üzüm məhsulları, Sədərək rayonundan gətirilmiş mürəbbələr təklif olunub.   Burada qiymətlər digər bazar və ticarət şəbəkələrinə nisbətən 15-20 faiz ucuz olub.                         

Həmçinin yarmarkaya muxtar respublikada istehsal edilən keyfiyyətli şirniyyatlar, müxtəlif meyvə quruları, süd məhsulları olmaqla ümumilikdə 20 istehsal müəssisəsindən 91 adda, 163  çeşiddə yerli məhsul çıxarılıb.          

                                                                                                                    

                                                   Turab Hacızadə 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: