Kəngərli rayonunda 4,7 hektar sahədə yeni bağ salınıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Yaşıllaşdırma Xidməti və Kəngərli rayon Kommunal Müəssisələr Kombinatının işçiləri Qıvraq qəsəbəsinin 4,7 hektar sahəsini hamarlayaraq həmişəyaşıl tuya və ardıc ağacları əkiblər.
Sahənin suvarılması üçün damcı üsulundan istifadə olunacaq. Adı çəkilən sahəyə 1500 ardıc və 700 həmişəyaşıl tuya ağacı əkilib.
Rayonun Xok kəndində də yaşıllaşdırma tədbirləri həyata keçirilib. Xok gölünün ətrafında 1,9 hektarlıq sahəyə ardıc və həmişəyaşıl tuya ağacları əkilib.
Qeyd edək ki, təkcə bu il rayon ərazisində 21,5 hektar sahədə meşəsalma tədbirləri həyata keçirilib və sahələrə 25 min 515 meyvə və meşə tingi əkilib.
Xanım Rüstəmzadə