Şərurda 7 kənddə yol problemi həll olunub, daha 22 kənddə işlər davam etdirilir - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin tapşırığına əsasən kənd yaşayış məntəqələrində sakinlərlə görüşlər keçirilir, səsləndirilən problemlərin həlli istiqamətində müvafiq tədbirlər görülür. NUHÇIXAN xəbər verir ki, həyata keçirilən tədbirlər çərçivəsində Şərurun 7 kəndində məhəllədaxili yollar təmir edilib, daha 22 kənddə işlər davam etdirilir.

Rayonun Dizə kəndində 650, Kərimbəyli kəndində 1000, Maxta kəndində 1160, Şəhriyar kəndində 900, Qarahəsənli kəndində 850, Siyaqut kəndində 850 və Kürçülüdə 950 metr olmaqla, ümumilikdə, 6 kilometrdən artıq məhəllədaxili yollara çınqıl döşənib. Rayonun daha 22 kəndində bu cür abadlıq işləri davam etdirilir.

Şərur rayon yol təmir tikinti istismar MMC ilə bələdiyyələr arasında bağlanmış müqavilə əsasında rayonun kəndlərində qum-çınqıl işləri görülür. Hal hazırda Xanlıqlar kəndinin daxili məhəllə yollarında qum-çınqıl verilir, mexanizmlər yayılır və kipləşdirmə işləri davam etdirilir.

Məhəllədaxili yolların təmiri kənd sakinləri tərəfindən razılıqla qarşılanıb.

Qeyd edək ki, bütün bu işlər yerli bələdiyyələrin tərkibində vergilər və ödənişlərlə formalaşan büdcə vəsaiti hesabına görülüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: