TƏBİB: Araz zavodunda baş verən partlayış nəticəsində xəsarət alan 3 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib

A- A A+

Şirvan şəhərində yerləşən Araz zavodunda baş verən partlayış nəticəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz tibbi yardım şöbəsinə müxtəlif xəsarətlərlə üç nəfər (kişi cinsli) hospitalizasiya olunub.

TƏBİB-dən NUHÇIXAN-a bildirilib ki, 1992-ci il təvəllüdlü şəxs sol əlin əzilmiş cırılmış yarası, 2001-ci il təvəllüdlü şəxs alın nahiyəsinin çapılmış yarası, 1999-cu il təvəllüdlü şəxs isə barotravma diaqnozu ilə tibb müəssisəsinə daxil olub.

Yanvarın 23-də saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan Şirvan Araz zavodu MMC-də partlayış baş verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: