Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi əkin planına uyğun olaraq oktyabr ayından başlayaraq təbii bərpaya köməklik məqsədi ilə əkinlər həyata keçirilir.
Plana əsasən, ümumilikdə payız-qış mövsümündə 300 hektardan çox sahədə yaşıllaşdırma, eyni zamanda yeni meşə massivlərinin, meyvə bağlarının salınması nəzərdə tutulub.
Bu tədbirlərin davamı kimi Şərur rayonunun Yuxarı Daşarx kəndi ərazisində ağac və kolların təbii bərpasına köməklik, ting yetişdirmək məqsədilə 0,5 hektar sahəyə 40 kiloqram ərik, 20 kiloqram cəviz və 30 kiloqram badamça toxumları əkilib.
Qeyd edək ki, əkilən toxumlar xəstəliyə və quraqlığa davamlı ağacların meyvəsindən əldə edilir.
“Şərurun səsi” qəzeti