Üstündə əyləşdiyim qədim bir xalcanın naxışlarını həvəslə sığallayıram. İpə- sapa düzülüb ilmələrə cevrilən gözəl- ğöycək çəmənlərin şeriyyətini, gül- cicəyin, bağ- bağatın gözəlliyini görürəm bu xalcada. Görürəm ki, bir gözəl ürəyindən su icən bir məhəbbət nağılı barmaqların nəğməsilə rəngbərəng naxışlarda sözə dönüb, ilmələrə ilişib.
Hər xalcanın rəng dili var, naxışı var, öz sözü var. Hər naxışın öz sehri var, nağılı var. O tarixdir, o yazıdır, əlifbadır, yazılıbdır ilmələrlə. Naxışların kökü, yolu bizə bəlli. Bizdən özgə o hec kəsə könül verməz, ürək açmaz. Elə bil ki, bu xalcalar nənəmizin, anamızın əmanəti,ürək sözü, arzusudur.
Əllərinin sığalıyla, gözlərinin nuru ilə ərişinə güllü bahar , arğacına qızıl payız toxunubdur bu xalçanın. “Biri varmış, biri yoxmuş” nağılıyla toxunanda görüblər ki, al- qırmızı gülöyşə nar naxış olub. Elə bil ki, ağaçların xəzəl olan yarpaqları torpağa yox, ora düşüb. Qanadlı at yedəyində xalcalara, naxışlara yetişərək olanlardan, kecənlərdən xəbər verən nənəm bizə yol göstərir. Bu yol ilə babaların at oynadıb, ox atdığı zamanlara getmək olur. Ya da lalə dənizində üzmək üçün xalcadakı yerin- yurdun ünvanını bilmək olur.
Yasəmən boyalı, narıncı ilməli o yolları ayaqla yox, gəzərik hər zaman gözlə. Bir gün əgər naxışların sərgisinə gedər olsam, əsrlərlə yaşı olan bir adəti pozmaq üçün xalcaları ayaq altdan baş üctünə qaldıraram.
Anaların arzuları, istəkləri naxışlanan bizim lalə, bizim xonca, bizim dəniz xalcaların hər naxışı bir könüldən, bir istəkdən rəng alıbdı, boyanıbdı, əlcim -əlcim hana üstə salxım- salxım sallanaraq, ilmə-ilmə toxunubdu.
Ömrünü- gününü yumaqdan açıb
Nənəm toxumuşdu əriş – arğacla,
Xalının üstünə nağıldan köcüb,
Alma gətirmişdi o gün ağaçlar, - deyən şair bir də, ağ sap qurtaranda sacını hörüb, qara günlərini qara sap edib, həsrəti sarıda itən anamın, barmağı ip kimi incəlib deyir.
Min bir çeşninin, gölün, haşiyənin, naxışın müəllifi olan nənəmin xalcaları zaman- zaman yol gələrək günümüzdən kecib gələcəyə üz tutan zamana yoldaşdır.
Şəhla Nəbiyeva