Ötən il əmək müqavilələrinin sayı 1 milyon 809 minə çatıb

A- A A+

Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində görülən kompleks tədbirlər 2023-cü ildə də əmək müqavilələrinin sayında artıma imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, ötən il ərzində ölkəmizdə əmək müqavilələrinin sayı 2022-ci illə müqayisədə 62,5 min müqavilə və ya 3,6 faiz artaraq 1 milyon 809 minə çatıb.

Əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. 2023-cü ildə əməkhaqqı fondunda daha 15 faiz artım qeydə alınıb.

Ümumilikdə 2018-2023-cü illər ərzində əmək müqavilələrinin sayında 38 faiz, əməkhaqqı fondunda 2,7 dəfə artım baş verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: