Balqabaq tumları çox faydalı və müalicəvi məhsul sayılır.
NUHÇIXAN xəbər verir ki, bu tumların tərkibində olan maddə orqanizmdə yaşayan qurdları öldürür. Hər gün 1 ovuc balqabaq tumları yeyən insan öz orqanizmini qurdlardan təmizləyə bilər. Uşaqlara da balqabaq tumları vermək olar.
- Balqabaq tumları orqanizmin bir çox funksiyalarında iştirak edən sink mineralı ilə zəngindir. Sink dərimizin və saçlarımızın sağlamlığı üçün olduqca önəmlidir. Bu səbəbdən əgər sizdə saç (saçların tökülməsi, zəif, cansız saçlar, kəpək) və dəri problemləri (civzələr, sızanaqlar) varsa, mütləq balqabaq tumları yeyin.
- Sink kişilər üçün ən vacib minerallardan biridir. Sink prostatın sağlamlığını qoruyur, prostatitin və prostat vəzinin adenomasının profilaktikasıdır.
- Balqabaq tumlarının tərkibində güclü antioksidantlar olan A və E vitaminləri var. Bu vitaminlər orqanizmdə gedən qocalma prosesləri ləngidir və bu səbəbdən onları "cavanlıq vitaminləri" adlandırırlar.
- Balqabağın tərkibində damarların sağlamlığını qoruyan "arginin" adlı aminturşusu var.
- Balqabaq tumları pis xolesterinin səviyyəsini aşağı salır.
- Balqabaq tumları insanın immun sisteminə çox müsbət təsir edir. Bu tumlardan immuniteti gücləndirən xüsusi təbii vasitə hazırlamaq olar. Çiy balqabaq tumları soyulur, qəhvəüyüdəndə əzilir və balla qarışdırılır. Bu təbii dərmanı hər gün 1-2 çay qaşığı olmaqla qəbul etmək lazımdır. Bu vasitə orqanizmin infekisya, virus və mikroblara qarşı olan davamlılığını artırır.
- Balqabaq tumları həzmə kömək edir, köpü azaldır.
- Balqabaq tumları artrit, sidik kisəsi və sidik yolları xəstəlikləri zamanı xeyirlidir.
- Tumlar mübadilə proseslərinə müsbət təsir edir, orqanizmdən ziyanlı maddələri xaric edir.
- Balqabq tumları damarları möhkəmləndirir.
- Hamiləlik zamanı balqabaq tumları ürəkbulanmasını azaldır.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.