İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan NUHÇIXAN-a verilən məlumata görə, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki müxtəlif yerlərdən 1 “RPQ” markalı pulemyot, 2 “Kalaşnikov” markalı avtomat, 3 avtomat darağı, 26 “F1” markalı əl qumbarası və 19 əl qumbarasının alışqanı aşkar edilib.
Tapılan silah-sursat aidiyyəti üzrə təhvil verilib.