Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib, 2023-cü ildə görülən işlər müzakirə olunub, qarşıda duran vəzifələr  müəyyənləşdirilib.

İclasda komitənin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, hesabat dövründə komitədə ailə, qadın və uşaqlar haqqında məlumat bazası yaradılıb və aidiyyəti orqanlardan ailələr, qadınlar və uşaqlar haqqında statistik məlumatlar alınaraq bazaya əlavə edilib, müqayisəli təhlillər aparılıb. İl ərzində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan,  sağlamlıq imkanları məhdud, şəhid uşaqlarına qayğı davam etdirilib. Həmçinin gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizminin yaradılması məqsədilə tədbirlər həyata keçirilib.

Komitə sədri bildirib ki, ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına uyğun olaraq ötən il  ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileyləri geniş şəkildə qeyd olunub. Müvafiq dövrdə bir çox qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirildiyini bildirən Ramilə Seyidova komitə əməkdaşlarının bilik və bacarıqlarının artırılması  məqsədilə təlimlərə cəlb edildiyini də diqqətə çatdırıb. Sonra məruzə ətrafında çıxışlar olub. İclasın sonunda komitənin 2024-cü ilə dair İş Planı və Kollegiya iclasının qərarı təsdiq edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: