Zəngəzur Milli Parkında biotexniki tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvanın Ekoloqları biotexniki tədbirlər həyata keçirirlər. Məqsəd qalın qar örtüyünün müşahidə olunduğu ərazilərdə çöl heyvanlarının qida maddələrinə, həmçinin mineral duzlara olan ehtiyacını qismən ödəməkdir.

Növbəti biotexniki tədbir Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşları və ekologiya könüllülərinin iştirakı ilə Şahbuz rayonunun Biçənək kəndi yaxınlığındakı dağlıq ərazidə keçirilib. Milli Parkın əməkdaşları və könüllülər tərəfindən əraziyə 20 kip qaba yem və 200 kiloqramdan çox daşduz dağıdılıb.

Tədbirin əhəmiyyəti barədə ətraflı məlumatlandırılan gənclər biotexniki tədbirdə aktiv iştirak ediblər. 

Fauna ehtiyatlarının mühafizəsi və artırılması məsələsini daim diqqət mərkəzində saxlayan Ekologiya və Təbii Sərvətlər Nazirliyi biotexniki tədbirləri zərurət yaranan digər ərazilərdə də davam etdirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: