Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində rəsm müəllimi Nizami Məmmədov və şagirdlərinn əl işlərindən ibarət sərgi təşkil edilib.
NUHÇIXAN xəbər verir ki, sərgidə müəllimin və şagirdlərin 60 əl işi nümayiş olunub.
Məktəbin direktoru Elşən Xəlilov çıxış edərək sərginin təşkilində əsas məqsədin bu sahə üzrə istedadlı uşaqların üzə çıxarılması, onların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi olduğunu vurğulayıb. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Gülbuta Babayeva və Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli muxtar respublikada uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə göstərilən dövlət qayğısından danışıblar.
Sonra sərgiyə baxış olub. Naxçıvanın təbiətini, tarixi abidələrini, bu gününü əks etdirən rəsmlər maraqla qarşılanıb.