Qəzəbli fermerlərə qarşı 15 min polis səfərbər olunub - FOTOLAR
Fransada fermerlərin qəzəbi son həddə çatıb. Onlar paytaxt Parisi və ölkənin 2-ci şəhəri Lionu qeyri-müəyyən müddətə qədər blokadaya alacaqlarını elan ediblər.
NUHÇIXAN xəbər verir ki, Fransada fermerlərin etiraz nümayişi davam edir. Fermerlər ölkənin əsas magistral avtomobil yollarını blokadaya alıblar. Bu gün onlar Paris və Lion ətrafında blokada yaradacaqlarını bildiriblər.
Bir neçə gün əvvəl yerli televiziyada çıxış edən daxili işlər naziri fermerlərə qarşı polis çıxarılmayacağını bildirsə də, artıq 15 min polis Paris şəhəri üçün səfərbər olunub. Polislər traktorların Parisə daxil olmasının qarşısını almamalıdırlar. Daxili işlər naziri bildirib ki, prezident E. Makron son dərəcə ciddi çətinliklər yaratmamaq üçün traktorların Parisə və böyük şəhərlərə girişinin qarşısını almağı tapşırıb. O, həmçinin Rungis beynəlxalq ərzaq təchizat bazarının Roissi və Orli hava limanları ilə əlaqəsinin kəsilməməsi ilə bağlı da təlimat verib. Belə ki, bir neçə gün əvvəl fermerlər Parisdə Rungis beynəlxalq ərzaq bazarını blokadaya alacaqlarını da elan etmişdilər.
Artıq Rungis beynəlxalq ərzaq təchizat bazarı və Roissi hava limanının zirehli maşınlarla əhatə edildiyi bildirilir. Fransada bu həftənin çox çətin olacağı gözlənilir.