Fransadakı peyinin iyi ədalətsiz Avropanın simvoludur

A- A A+

Qərb ölkələrinin beynəlxalq hesab edilən təşkilatları oyuncağa çevirərək öz işğalçı və separatçı siyasətlərinə legitimlik qazandırmaq cəhdləri artıq fiaskoya uğramaqdadır. Bu tənəzzülü qəbul edə bilməyən Qərbin baş bilənləri daha da aqressivləşir, ədalətli mövqe tutan və söz sahibinə çevrilən dövlətləri ləkələmək üçün min bir bəhanəyə əl atırlar. Amma bütün bunlar da bumeranq effekti verir desək yanılmarıq.

Almaniya, Fransa və digər Avropa ölkələrində vətəndaşların, xüsusilə də fermerlərin haqlı etirazları səngimək bilmir. Elə götürək Fransanı. Son günlərdə bu ölkədə zibilin iyi ərşə qalxıb. Hətta bu iy natəmizlikdən ətir kəşf etməyə məcbur qalan fransızların özlərini belə təngə gətirib. Deyəsən, başı dünyanın müxtəlif bölgələrində etnik münaqişələri qızışdırmağa və yeni müharibə ocaqları yaratmağa, separatçıları dəstəkləməyə qarışmış Makronun Fransası öz ölkəsindəki “peyin üsyanı”ndan xəbərsizdir.

Makron və onun öz həmcinsi ilə evlənən üzdəniraq nazirləri erməni lobbisinin milyonçularından aldıqları “ianələr”lə dəbdəbəli həyat tərzi sürürlər. Amma hakimiyyətdə olan eqoist fransızlardan fərqli olaraq sadə kəndlilər, fermer təsərrüfatı ilə məşğul olanlar səfil həyat tərzi sürməyə məhkum ediliblər. Hətta iş o yerə çatıb ki, əsəbləri tarıma çəkilən kəndlilər Fransadakı gedişata etiraz əlaməti olaraq şəhər mərkəzlərindəki dövlət binalarını heyvanların ifraz etdiyi peyinlə zibilləyirlər.

Dünyaya “demokratiya dərsi” keçən Fransa hakimiyyəti isə gücü peyinlə etiraz etməyə çatan əliyalın sadə kəndlilərin üzərinə zirehli texnika yeridir. Bundan əvvəl də Fransada etirazçılara qarşı dəfələrlə güc tətbiq edilib. Hakimiyyətdə olduğu müddət ərzində siyasi səriştəsizliyi ilə tanınan Makron hakimiyyəti “Sarı jiletlilər”in üsyanından tutmuş  “peyin aksiyaları”nın iştirakçılarına kimi bütün küçə nümayişlərini zorla dağıtmaq üçün vətəndaşların etiraz hüquqlarını əlindən almağa çalışıb. Hətta bununla ürəyi soyumayan Fransa hakimiyyəti həbsxanalardakı etirazçıları insanlığa sığmayan işgəncələrə məruz qoyurlar.

Bir sözlə, xalq arasında heç bir nüfuza malik olmayan, əxlaqsızların nazir təyin edilməsinə müvəffəq olan, hara üz tutsa orada qapaz, şillə, təpiklə və yumurta hücumu ilə qarşılaşan prezident Emmanuel Makron anti-demokratik qərarlar verməkdə davam edir. Deməli, müsyö Makron hələ də burnunu digər ölkələrin işlərinə soxmaqdan həzz alır. Amma deyəsən bundan sonra o, Fransanı bürümüş heyvan nəcisinin iyindən feyziyab olacaq. Çünki bütün ədalətsizlərin sonu elə həmin peyin və onun üfunət iyidir.

 

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: