Fransa kəşfiyyatının məlumatına görə, bazar ertəsi etiraz edən fermerlərin sayı üç dəfə artıb və etiraz hərəkatının azı beş gün davam edəcəyi gözlənilir.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Europe 1” radiostansiyası məlumat yayıb.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, bazar ertəsi etirazlarda iştirak edən fermerlərin sayı üç dəfə artıb və səhər 3 mindən axşam 9 minə çatıb.
Fransa kəşfiyyatının məlumatına əsasən, bu ölkənin baş naziri Qabriel Attalın hansı qərar verməsindən asılı olmayaraq, hakimiyyət blokadaların azı beş gün davam edəcəyini gözləyir.
Fransa hökuməti etiraz hərəkatının sərtləşməsindən və genişlənməsindən ehtiyatlanır.