Ermənistan hakimiyyəti ölkənin himni və gerbinin dəyişdirilməsi ilə bağlı qərar qəbul etməyib

A- A A+

Ermənistan hakimiyyəti ölkənin himni və gerbinin dəyişdirilməsi ilə bağlı qərar qəbul etməyib.

NUHÇIXAN “Armenia Today”ə istinadən xəbər verir ki, bu barədə parlament sədrinin müavini Ruben Rubinyan bildirib.

Onun sözlərinə görə, hazırda hakim “Vətəndaş Müqaviləsi” partiyasının, onun parlamentdəki fraksiyasının və hökumətin bununla bağlı hər hansı qərarı yoxdur.

“Kim dedi ki, biz himni və gerbi dəyişmək istəyirik? Mən onları dəyişdirmək istəmirəm”, - o deyib.

Həmçinin onun sözlərinə görə, Ermənistan üçün yeni konstitusiya layihəsi mövcud deyil, “onu heç kim görməyib”.

Qeyd edək ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Ermənistanın dövlət himni və gerbi dəyişdirilməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: