Avropada fermerlərin tətilləri genişlənir

A- A A+

Avropada kənd təsərrüfatı sektorunda artan problemlərə diqqət yönəltmək məqsədilə fermerlərin keçirdikləri aksiyaların miqyası genişlənir.

NUHÇIXAN xəbər verir ki, artıq Almaniya, Fransa, İspaniya, İtaliya, Belçika, Niderland, Polşa və Macarıstanda fermerlər Avropa İttifaqının kənd təsərrüfatı siyasətinə qarşı tətillərə başlayıblar.

Fermerlər xüsusilə iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində aparılan siyasətin doğru olmadığını iddia edərək, etirazları daha da genişləndirirlər. Bundan əlavə, onlar dövlət dəstəyinin minimuma endirilməsini, Rusiya-Ukrayna müharibəsindən sonra enerji və gübrə xərclərinin artmasını, sudan istifadə ilə bağlı məhdudiyyətlərin tətbiqini tənqid edirlər.

Havanın çirklənməsinə səbəb olan azot tullantılarını azaltmaq üçün tədbirlər görülməsini tələb edən Avropanın müxtəlif ölkələrində tətilçilər etirazlarını bildirmək məqsədilə magistral yollarını bağlayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: