Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın Silahlı Qüvvələri Yəməndə “Ənsar Allah” hərəkatının (husilər) hədəflərinə zərbələr endiriblər.
NUHÇIXAN xəbər verir ki, bu barədə husilərə məxsus “Əl-Masirah” telekanalı məlumat yayıb.
Belə ki, eyniadlı əyalətin inzibati mərkəzi olan Səada şəhərinin şimal ətrafı hücuma məruz qalıb.
Mümkün itkilər, xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.