Ötən il Türkiyədə “Qəfəs” kod adı ilə keçirilən əməliyyatlarda ümumilikdə 420 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Məlumata əsasən, onlardan 128-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 22-si isə kibercinayətkarlıqla məşğul olan mütəşəkkil dəstələrdir. Cinayətkar qruplaşmalardan 11-i beynəlxalq, 56-sı isə regional səviyyədə fəaliyyət göstərib.