İstanbuldakı kilsədə baş verən silahlı insidentlə bağlı 34 nəfər məhkəməyə çıxarılıb

A- A A+

İstanbulda yerləşən Santa Mariya kilsəsində baş verən silahlı insidentlə əlaqədə şübhəli bilinən 34 nəfər məhkəmə qarşısına çıxarılıb.

NUHÇIXAN xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın açıqlamasına görə, İstanbul polisi tərəfindən 30 fərqli ünvanda axtarış aparılaraq 47 nəfər nəzarətə götürülüb. Kilsənin daxilində atəş açan iki nəfərin xarici ölkə vətəndaşı olduğu müəyyənləşib.

Xatırladaq ki, yanvarın 28-də yerli vaxtla saat 11:40 radələrində İstanbuldakı Santa Mariya kilsəsində ibadət zamanı silahlı insident baş verib. Hadisə zamanı bir nəfər ölüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: