ABŞ və Yaponiya Filippin dənizində birgə təlimlərə başlayıb

A- A A+

ABŞ-nin 7-ci Donanması Filippin dənizində Yaponiya təyyarədaşıyan gəmiləri ilə birgə təlimlərə başladığını bildirib.

NUHÇIXAN xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Karl Vinson və Teodor Ruzvelt adlı flaqman gəmiləri və Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin Hyuqa adlı helikopter daşıyan gəmisi manevrlər həyata keçirirlər.

Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin bəyanatına görə, təlimlər bazar ertəsi başlayıb, cümə axşamı yekunlaşacaq .

İki təyyarədaşıyan gəmi ilə bərabər, ABŞ Hərbi Dəniz Qüvvələri də tədbirə qoşulmaq üçün daha doqquz döyüş gəmisi göndərdiyini bildirib.

“Təlim zamanı müttəfiq qüvvələrin gəmiləri və təyyarələri birgə yüksək səviyyəli döyüş qabiliyyətini inkişaf etdirmək üçün hava hücumundan müdafiə təlimləri, dəniz müşahidəsi, göyərtələrarası təlimlər və taktiki manevrlər həyata keçirirlər”, - deyə 7-ci Donanma əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: