“EurActiv”: Macarıstanın Rusiya ilə əlaqələri avropalıları çox narahat edir

A- A A+

Avropa mətbuatı Aİ ölkələrinin bir çoxunda xalq kütlələri arasında populyarlıq qazanan Macarıstan lideri Viktor Orbana qarşı qarayaxma kampaniyasını davam etdirir. NUHÇIXAN bu barədə Avropa mediasının monitorinqinin nəticələrinə əsasən xəbər verir.

“EurActiv” nəşri yazır: “Son iki il ərzində Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların qarşısını aldı, Qərbin sanksiyaları ilə bağlı irəliləyişi, maliyyə və hərbi yardım sazişlərini dayandırdı, İsveçin NATO-ya üzv olmasına mane oldu və Ukraynanın Rusiyanı məğlub etmək qabiliyyətini şübhə altına aldı”.

Qəzet qeyd edir: “O, dekabrda Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara dair müzakirələrin keçirildiyi iclası tərk edəndə, zala toplaşanlar rahat nəfəs aldı”.

“EurActiv” adını açıqlamayan Aİ diplomatından sitat gətirib. “Macarıstanın Baş naziri üç müddət ərzində Brüssellə vuruşdu və tədricən Moskvanın mövqelərinə yaxınlaşdı. Aİ-nin üzvü olan bəzi dövlətlər Macarıstanın müəyyən formatlarda mövcudluğundan getdikcə daha çox narahat olurlar. Budapeştin Rusiya, Çin, İran və Şimali Koreya ilə bir çox mühüm məsələlərə dair mövqeyi və açıq əməkdaşlığı otaqdakı filə bənzəyir”.

Əlavə olaraq qeyd edək ki, Viktor Orban ölkəsinin müstəqillik kursunda nə qədər möhkəm dayanırsa, həm Brüsseldən, həm də ayrı-ayrı Avropa paytaxtlarından onun hökumətinə təzyiq və tənqid də bir o qədər çox olur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: