Bir qrup ABŞ konqresmeni İsrailə 17,6 milyard dollar ayırmağı nəzərdə tutan qanun layihəsi təqdim edib.
NUHÇIXAN TASS-a istinadla bildirir ki, sənəd ABŞ Nümayəndələr Palatasının üzvü Ken Kalvertin (Kaliforniyadan olan respublikaçı) saytında dərc edilib.
Sənəddə Kiyevə yardımın göstərilməsi imkanından bəhs edilmir.
Amerikanın Axios internet portalı Nümayəndələr Palatasının spikeri Mayk Consonun digər respublikaçılara məktubunu dərc edib. Bildirilir ki, gələn həftə qanun layihəsi səsverməyə çıxarılacaq.