Kabilin cənubunda əfqan müqavimətinin üzvləri Talibana hücum edib

A- A A+

Əfqanıstanın Milli Müqavimət Cəbhəsi üsyançı təşkilatının üzvləri paytaxt Kabilin cənubunda Taliban hərəkatının iki nümayəndəsini öldürüblər.

NUHÇIXAN  xəbər verir ki, bu barədə cəbhənin feysbuk səhifəsində dərc olunmuş bəyanatında deyilib.

“Fevralın 3-də saat 10:15-də Milli Müqavimət Cəbhəsinin qüvvələri düşmən düşərgəsinə hücum edib <...> nəticədə iki taliban üzvü öldürülüb, daha ikisi yaralanıb”, - paylaşımda qeyd olunub.

Taliban nümayəndələri hələlik insidentlə bağlı şərh verməyiblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: